03-06-2016 [13:47]
Xəbər verdiyimiz kimi, İctimai Televiziyanın xəbərlər departamentinin rəhbəri Elgün İbrahimov işdən çıxarılıb.
Dünən məsələ ilə bağlı danışan keçmiş departament rəhbəri detalları açıqlamasa da, kadrlar şöbəsinə çağırılaraq işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etdiklərini bildirmişdi.
Bu gün isə Elgün İbrahimov AzNews.az-a müraciət edərək işdən çıxarılması ilə bağlı ilginc faktlar açıqlayıb.
O iddia edir ki, İTV-dəki işindən onu AzTV rəhbərliyi uzaqlaşdırıb.
Xeyli müddət İTV-nin ən böyük departamentlərindən birinə rəhbərlik etmiş E.İbrahomivun müraciətinin mətnini heç bir redaktə etmədən təqdim edirik:
"Bu məsələ ilə bağlı müdrik və uzaqgörən bir qərara ehtiyac var. Mənim kareyramın AzTV-nin sədr müavini Elsevər Dünyamalıyevin məkrli oyunlarının badına getməsinə imkan verilməməlidir. İTV-də təsir qazanmaq üçün bu şəxsin primitiv gedişləri artıq uzun müddətdir orada çalışan çoxlarını təngə gətirib. Məni İTV rəhbərliyinə qarşı çevirmək üçün etdiyi əməkdaşlıq təklifini rədd edərək iki aydır apardığım dirənişdə iradəmi qıra bilməyəcəyini anlayan cənab müavin vərdiş etmədiyi işim və rəhbərliyə qarşı sadiqliyimi həzm edə bilməyərək əsəbindən qıvrılırdı. Dəfələrlə işimizə soxmağa çalışdığı burnu yaxşıca ovuşdurulduğu üçün bu yolla qisas almağa qalxan şəxs qurduğu ssenarilərlə məqsədinə yaxınlaşmaqdadır. Nə qədər ki, müzakirələr üçün imkanlar tükənməyib, ənənəvi görməzlikdən gəlmək praktikasına son qoyulmalıdır. Dialoq pəncərəsi qapandıqda artıq zamanı geri çevirmək mümkünsüz olacaq.
Məsələnin həll yolu AzTV və İTV rəbərliklərinin uzaqgörən qərarından asılı olacaq. Bu hədsiz hərəkətlərə son qoyulmazsa öz işlərini kənara qoyub boyu əli çatmadığı armuda əl uzadan bir təsadüfi müavinin çirkli əlləri bu işlərdən kəsilməzsə, bu xəmir hələ çox su aparacaq. Hər iki televiziyanın rəhbərliyinə müraciət edərək bu məsələnin nizamlanması üçün təxirəsalınmaz addımlar atmağa çağırıram. Ən son ünvan isə hər zaman ölkədə ümid yeri və ədalət rəmz olan ölkə prezidenti və birinci xanıma müraciət olacaq.
Yeri gəlmişkən iş otağımı tərk edərkən masaların üzərinə qəpiklər düzüb getmişdim. Dilənməyə gələnlər üçün!”
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Fəzail Ağamalı ilə bu tarixdə vida mərasimi keçiriləcək
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə