"NATO Rusiyaya qarşı aksiyalar hazırlayır" - Jirnovskidən açıqlamalar

img

25-05-2016 [15:21]


Polşa Rusiyaya nifrət edir, çünki Rusiya heç vaxt Polşanı fəth etməyib.

Bu açıqlama ilə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Birinci Kanalda çıxış edib.

Onun sözlərinə görə, Polşa ilə Rusiya arasında əlaqə 25 il əvvəl itirilib:

"İndi onlar bizdən az asılıdırlar. NATO Rusiyaya qarşı aksiyalar hazırlayır. Bu işdə onların əlində Ukrayna və Polşa var. Polşa həmişə rus ordusuna nifrət edib. Ancaq Rusiya heç vaxt Polşanı işğal etməyib. Biz Napoleonu darmadağın etdikdən sonra Polşa bizə hədiyyə kimi verildi. Bu, I Aleksandrın səhvi idi – cənubdakı torpaqları işğal etmək lazım idi”.

Onun sözlərinə görə, Prussiya, Avstriya, Fransa, Britaniya da Polşanı istəyirdi:

"Onlar Rusiya və Almaniyanın birliyindən qorxurdular. İndi Ukraynanı süni olaraq anti-Rusiya ölkəsi edirlər. Bunun üçün ölkəyə heykəllər gətirirlər"(Axar.az).

Xatırladaq ki, bu gün Ukraynada kommunizmin qalıqlarının məhv edilməsi siyasəti yürüdülür. Bu siyasətə uyğun olaraq yerli hakimiyyət SSRİ dövründən qalan yerlərin, küçələrin adlarını dəyişir, abidələri dağıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA