Vyanada gərginlik: Lavrovla türk nazir toqquşdu - "Söz atışması"na Kerri müdaxilə etdi

img

17-05-2016 [21:18]


Vyanada keçirilən Suriya danışıqlarında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında gərginlik yaranıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, masa arxasında Lavrov Türkiyəyə yönəlik ittihamlar irəli sürüb. O, Türkiyəni İŞİD-ə yardımda suçlayıb.

Çavuşoğlu Lavrovun sözünü kəsərək, sərt tonda "Əgər siz bu yardıma dair bir kiçik sübut təqdim edə biləsiniz, burada söz verirəm, vəzifəmdən istefa verəcəyəm", - deyə, cavab verib. Bunun ardınca isə Türkiyə xarici işlər naziri Lavrovu utandıran daha bir ifadə işlədib: "Yox, əgər isbatlaya bilməyəcəksinizsə, o zaman şəxsən sizi qalan ömrünüz boyu Antaliyada qonaq etməyə hazıram".

Türk mənbələri bildirir ki, bundan sonra Kerri gərginliyə müdaxilə edib. O bildirib ki, ABŞ Türkiyə ilə birgə İŞİD-ə qarşı eyni tutumu sərgiləyir.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA