"İstefaya yox, həbsxanaya gedərlər” - Rusiya XİN-dən türk nazirə mesaj

img

18-05-2016 [16:19]


Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dünən Sergey Lavrovun ünvanına söylədiyi fikirləri şərh edib.

O, "Facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı yazıb:

"Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Türkiyənin İŞİD-lə əlaqəsinin sübuta yetiriləcəyi təqdirdə istefaya getməyə hazır olduğunu deyib. Bunu Türkiyə Rusiyanın təyyarəsini vurandan sonra etmək lazım idi. İŞİD-lə əlaqəyə görə isə istefaya yox, həbsxanaya gedirlər”(Virtualaz.org).

Xatırladaq ki, dünən Çavuşoğlu Lavrova xitabən bildirmişdi ki, əgər Türkiyənin İŞİD-lə əlaqələri sübuta yetirilərsə, istefaya getməyə hazırdır, əks təqdirdə isə Rusiyanın xarici işlər nazirini həyatının sonuna kimi Antalyada qonaq edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA