"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq

img

30-09-2025 [12:47]


UEFA Çempionlar Liqasının “Qalatasaray” komandası bu gün İngiltərənin “Liverpul” komandası ilə saat 23:00-da üz-üzə gələcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matç TRT 1, TRT Radio 1 və Tabii kanallarında canlı yayımlanacaq.

Məlumata görə, oyunu Fransa Futbol Federasiyasından olan referi Klement Turpin idarə edəcək. Baş hakimə Nikolas Danos və Benjamin Peyks kömək edəcək. Matçın dördüncü hakim funksiyasını isə Ceremi Stinat yerinə yetirəcək.

Xatırladaq ki, İstanbul klubu ilk matçında Almaniyanın “Ayntraxt Frankfurt” komandasına səfərdə 5:1 uduzub.

"Liverpul" isə ilk turda İspaniyanın "Atletiko Madrid"ə qalib gəlib -3:2

Onu da qeyd edək ki, "Liverpul"la oyunda nigeriyalı hücumçu Viktor Osimhen meydanda olacaq.

Fərid
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA