23-05-2016 [20:57]
Ankaranın hədə tonlu bəyanatlarına cavab özünü çox gözlətməyib.
Prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla Türkiyə rəsmilərinin son günlər Avropa Birliyinə ünvanladığı ultimativ bəyanatlara Almaniya kansleri Angela Merkeldən cavab gəlib.
Merkel bildirib ki, Türkiyə vətəndaşları üçün Şengen ölkələrinə vizasız rejimin tətbiqi Avropa Birliyinin təqdim etdiyi 72 bəndlik razılaşmanın tam icrasından asılıdır.
Kansler deyib ki, bunlar yeni şərtlər deyil və Avropa Birliyi onları 2013-cü ilin dekabrından təqdim edib: «Viza rejiminin aradan qalxması üçün razılaşmanın bütün bəndlərinə əməl edilməlidir».
NTV kanalı Türkiyə Prezident Administrasiyasına istinadən məlumat yayıb ki, Merkel və Ərdoğan Ankara ilə Brüssel arasında vizasız rejimin tətbiqi ilə bağlı danışıqları bərpa etmək barədə razılığa gəliblər. Tərəflər Ankaranın həssas yanaşdığı və qəbul etmədiyi şərtlə (antiterror qanunlarına dəyişiklik) bağlı müzakirələrə qərar veriblər.
Avropa Birliyi istəyir ki, Türkiyə öz qanunlarında terrorizm anlayışının şamil olunma sahəsini azaltsın. Bu, qurumun irəli sürdüyü əsas şərtlərdən biridir. Ərdoğan isə hesab edir ki, məlum qanunlar ölkə daxilində kürd silahlılarına, xaricdə isə cıhadçı qruplara, o cümlədən İŞİD-ə qarşı mübarizə üçün önəmlidir.
Qeyd edək ki, mayın 11-də Avropa Birliyi Türkiyə vətəndaşlarının Şengen ölkələrinə vizasız gediş-gəlişiylə bağlı prosesi dayandırmışdı. Qurum bəyan etmişdi ki, Ankara miqrant sazişi ilə bağlı bütün şərtləri, eləcə də antiterror qanunlarına dəyişikliyi qəbul etməlidir.
Rəsmi Ankara da viza rejiminin aradan qalxmayacağı təqdirdə, Brüsseli qaçqınları Avropaya geri göndərəcəkləri ilə hədələmişdi.
Xırdalan parkını itlər "işğal" edib: "Ərazidə 3 məktəb var, bir faciə baş verərsə..."
İtaliya Prezidenti Bakıda - İlham Əliyevlə görüş oldu, birgə mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
İsraildən həbs əməliyyatı: əsir mübadiləsindən azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"
AYNA: böyük məbləğdə tendersiz satınalmalar və... - SİYAHI
Oktyabrın 2-dək güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycan və Belarus baş nazirləri görüşüb - Minskdə
Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək - "Qarabağ"ın oyununa görə
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident baş prokurorun müavininə ali rütbə verdi - Sərəncam
Ceyhun Bayramov ABŞ rəsmilərini qəbul edib - Müzakirə
Qəzzada itki: ölənlərin sayı artıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Oktyabr ayında hava necə olacaq? - Proqnoz
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
Cabir İmanov dəfn edilib... - VİDEO, FOTOLAR (Yenilənib)
"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən..." - Tahir İmanov qardaşı ilə vida mərasimində + VİDEO
Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
“Özü 3-4 dəfə ərə gedib, həyatı pis gündədir, mənə deyir ki, niyə ərə getmirsən?" - VİDEO
"Mənə göstərilən etimada görə..." - Ayxan Abbasovdan açıqlama
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq - 250 milyon dollar müəssisə qurulur
Əcnəbilərə icbari tibbdan istifadə imkanı yaradılacaq
"Azəriqaz"ın şöbə müdiri bu İnstituta prorektor təyin olundu - Nazirdən maraqlı dəyişiklik
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - FOTO
Sabah yağış yağacaq
"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq
Parlamentin qanunvericilik işləri planı qəbul olunub
Madaqaskarda tez-tez işıq, su kəsildi, xalq ayağa qalxdı - Hökumət tam tərkibdə istefaya göndərildi
Qarabağ klubu: "Stadiona tez gəlin"
İzmirdə FETÖ-yə qarşı əməliyyat: 35 nəfər tutulub
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib - TAM MƏTN
Rəsmi Bakı "Qəzza Planı"nı dəstəklədi: "İki dövlətli həllin əsasını təşkil edən..."
"Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışanlar var" - Mətbuat katibi onları diqqətə almamağa çağırır
Spiker: "Bu, son dərəcə əhəmiyyətli olacaq"