Mavritaniyanın xarici izlər naziri Azərbaycana rəsmi səfərə gələcək

img

06-04-2010 [12:44]


Mavritaniya İslam Respublikasının xarici işlər və əməkdaşlıq naziri, xanım Naha Mint Muknassın Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər proqramı çərçivəsində mavritaniyalı qonağın aprelin 7-də Quba rayonuna səfəri və rayonla tanışlığı planlaşdırılıb. Aprelin 8-də isə xanım Naha Mint Muknassın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, aprelin 9-da isə xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA