Qırğızıstanın müxalifətçiləri tərəfindən girov götürülən daxili izlər naziri ölüm xəbəri yalan çıxdı

img

07-04-2010 [05:30]


Təqribən 3 saat əvvəl Qırğızıstan müxalifətçiləri tərəfindən girov götürülən daxili işlər naziri Moldomus Konqatiyev dünyasını dəyişib. Yerli hüquq-müdafiə təşkilatından Rusiyanın ?İnterfaks? agentliyinə verilən məlumata görə, Konqatiyev Talas vilayətində xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən yolda keçinib. Xatırladaq ki, təqribən 3 saat əvvəl Qırğızıstanda mitinq edən müxalifətçilər Talas vilayətinin Daxili İşlər İdarəsi binasını ələ keçiriblər. Yerli mətbuatın məlumatına görə, binaya soxulan etirazçılar respublikanın daxili işlər naziri Maldomus Konqantiev, baş nazirin müavini Akılbek Japarov və Talas vilayətinin qubernatoru Beyşenbek Bolotbekovu girov götürmüşdülər. ?RİA Novosti? agentliyinin yaydığı məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nazirin öldürülməsini təkzib edib: ?Onun ölüm xəbəri yalandır. Nazir sağdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA