Türkiyənin yeni baş nazirinin adı bəlli oldu - AKP təsdiqlədi

img

19-05-2016 [15:12]


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) sədrlik edəcək və baş nazir postuna yiyələnəcək namizədin kimliyi məlum olub. 

Bu gün partiyanın Mərkəzi Qərar və İdarəetmə Şurasının iclası keçirilib. 45 dəqiqə davam edən toplantıda Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımın namizədliyi təsdiqlənib​(AzNews.az).

Qeyd edək ki, mayın 22-də Türkiyədə AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Həmin qurultayda Binali Yıldırım partiyanın sədri və Baş nazir vəzifələrinə təyin ediləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA