20-05-2016 [14:51]
Britaniyanın "The İndependent” internet qəzeti NATO silahlı qüvvələrinin baş komandanının keçmiş müavini, general Riçard Şirrefin yeni kitabından söz açıb.
Kitabda deyilir ki, Qərb bir ildən sonra Rusiya ilə açıq müharibədə olacaq. Kreml Baltik dövlətlərini Latviyadan başlayaraq işğal edəcək və NATO buna reaksiya vermək istəyəndə isə onu nüvə silahı ilə hədələyəcək.
"Tərəddüdlü NATO fəlakətlə üzləşəcək. Güclü siyasi bəyanatların güclü hərbi qüvvəyə üstün gəldiyi an yetişəcək” –kitabda deyilir.
General Şirref yazır ki, Rusiya ilə müharibə gələn ilin mayında baş verəcək. Müəllifə görə "aqressiv və fürsətçi Putin” Qərbin zəif siyasi liderliyindən istifadə edərək Rusiyanı bir daha qüdrətli dövlətə çevirəcək.
Kitabda deyilir ki, 2008-ci ilin Gürcüstan müharibəsi və 2014-cü ildə Krımın ilhaqı, habelə Ukraynada separatçlığın qızışdırılması böyük Rusiya ekspansiyası planının yalnız başlanğıcıdır. General bunu da qeyd edir ki, keçmiş sovet respublikalarındakı dondurulmuş münaqişələr böyük planın icrasında Putinin işinə yarayacaq.
Kitab haqqında məqalənin müəllifi, tanınmış jurnalist Kim Sengupta yazır ki, generalın proqnozlarına baxmayaraq Putin Donbasda "qızğın başlı” komandirləri daha praqmatik siyasətçilərlə əvəz edib.
Jurnalist sual edir ki, belə bir şəraitdə Rusiya prezidentinin Baltik regionunda daha bir müharibə nəyinə lazımdır?
"Axı Ukrayna və Gürcüstandan fərqli olaraq Baltik dövlətləri NATO üzvüdürlər” – məqalədə deyilir.
"Birdən ser Riçardın axirət proqnozu doğrulmasa, onda necə olsun?” - deyə Sengupta soruşur.
Jurnalist yazır ki, general artıq özünü həmin varianta da hazırlayıb. O Londondakı Royal United Services İnstitutunda etdiyi təqdimat çıxışında deyib ki, müharibənin qarşısını almaq üçün NATO Şərqi Avropa və Baltik hövzəsində canlı qüvvə və hərbi texnika cəmləşdirməlidir.
Məqalədə deyilir ki, NATO əslində bu işi artıq görməyə başlayıb və yeri gəlmişkən 1997-ci ildə Boris Yeltsinin hökumətinə verdiyi vədləri pozub. O vaxt Moskvaya zəmanət verilmişdi ki, NATO keçmiş Varşava paktının ölkələrində canlı qüvvə yerləşdirməyəcək.
Sengupta yazır ki, NATO komandanları öz hökumətlərinin Kremlin hərbi qabiliyyəti barədə tam məlumata malik olmamasından narahatdırlar. Halbuki eyni zamanda Qərbin hərbi liderləri həmişə Rusiya hərbiyyəsini məsxərəyə qoyublar: "Onların texnikası köhnəlib, aviasiya bombaları dəqiq deyil, dəniz donanmaları isə çürüyüb”.
Lakin məqalədə bu da qeyd olunur ki, Qərbin Ukraynada gördükləri onu şoka salıb. Rusiyanın hərbi təyyarələri Suriyada ABŞ koalisiyasının bir ayda etdiyi uçuşları bir gündə ediblər.
Rusiya donanması min kilometrlərlə uzaqda olan Xəzər dənizindən Suriyaya ballistik raketlər atıb. NATO-nun hərbçiləri narahatdırlar ki, rusların şərqi Ukrayna və Suriyada qurduğu hava hücumundan müdafiə sistemləri Qərbi Əsəd rejiminin və ya Ukrayna separatçılarının qarşısında aciz qoyacaq.
ABŞ-ın Avropadakı hərbi komandanı general-leytenant Ben Hodces deyib ki, Rusiyanın elektron silahlar sahəsində tərəqqisi heyrətamizdir. ABŞ hərbi hava qüvvələrinin komandanı general-leytenant Frank Gorenc isə bildirir ki, Rusiyanın Krımda və Kalininqradda qurduğu antiraket sistemləri NATO təyyarələrinin Baltik üzərində və xüsusən də Polşada uçuşlarını son dərəcə çətinləşdirib.
Buna baxmayaraq, Kim Sengupta bu qənaətdədir ki, Rusiyanın müasir silahlar sahəsində tərəqqisi onun heç də hücuma hazırlaşdığını göstərmir, hərçənd Moskva hərbi xərcləri bir xeyli artırıb. Məqalədə deyilir ki, başlıca problem Qərb siyasətçilərinin hərbi sahəyə daha çox investisya qoymaqdansa, hərbi hərəkətlər barədə bəyanatlar verməsindədir.
Sengupta yazır ki, məsələn, Liviyadakı hərbi əməliyyatlarla bağlı hərbçilərin giley-güzarına cavab olaraq baş nazir Devid Kemeron demişdi: "Bilirsiniz nə var? Siz müharibənizi edin, siyasi çıxışları mən edərəm”. "Baş nazirin Liviya macərasının necə nəticələndiyi məlumdur”.
General Şirrefin özü də Kemeronu dəfələrlə tənqid edib. O öz kitabında həmçinin hərbi büdcəyə ixtisarlara dair müdafiə naziri Filip Hammondla çəkişməsindən də yazıb. Bundan qəzəblənən Hammond generalın cəzalandırılmasına çağırıb. Başqa sözlərlə, bu, keçmiş komandanın tribunala verilməsi demək olardı. Lakin ser Riçard deyib ki, "xoşbəxtlikdən o, Hammondu yox, NATO-nun tabeçiliyində olub".
BBC Azərbaycan
Xırdalan parkını itlər "işğal" edib: "Ərazidə 3 məktəb var, bir faciə baş verərsə..."
İtaliya Prezidenti Bakıda - İlham Əliyevlə görüş oldu, birgə mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
İsraildən həbs əməliyyatı: əsir mübadiləsindən azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"
AYNA: böyük məbləğdə tendersiz satınalmalar və... - SİYAHI
Oktyabrın 2-dək güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycan və Belarus baş nazirləri görüşüb - Minskdə
Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək - "Qarabağ"ın oyununa görə
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident baş prokurorun müavininə ali rütbə verdi - Sərəncam
Ceyhun Bayramov ABŞ rəsmilərini qəbul edib - Müzakirə
Qəzzada itki: ölənlərin sayı artıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Oktyabr ayında hava necə olacaq? - Proqnoz
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
Cabir İmanov dəfn edilib... - VİDEO, FOTOLAR (Yenilənib)
"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən..." - Tahir İmanov qardaşı ilə vida mərasimində + VİDEO
Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
“Özü 3-4 dəfə ərə gedib, həyatı pis gündədir, mənə deyir ki, niyə ərə getmirsən?" - VİDEO
"Mənə göstərilən etimada görə..." - Ayxan Abbasovdan açıqlama
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq - 250 milyon dollar müəssisə qurulur
Əcnəbilərə icbari tibbdan istifadə imkanı yaradılacaq
"Azəriqaz"ın şöbə müdiri bu İnstituta prorektor təyin olundu - Nazirdən maraqlı dəyişiklik
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - FOTO
Sabah yağış yağacaq
"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq
Parlamentin qanunvericilik işləri planı qəbul olunub
Madaqaskarda tez-tez işıq, su kəsildi, xalq ayağa qalxdı - Hökumət tam tərkibdə istefaya göndərildi
Qarabağ klubu: "Stadiona tez gəlin"
İzmirdə FETÖ-yə qarşı əməliyyat: 35 nəfər tutulub
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib - TAM MƏTN
Rəsmi Bakı "Qəzza Planı"nı dəstəklədi: "İki dövlətli həllin əsasını təşkil edən..."
"Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışanlar var" - Mətbuat katibi onları diqqətə almamağa çağırır
Spiker: "Bu, son dərəcə əhəmiyyətli olacaq"