Rusiyadan ABŞ-a cavab – Putin İrəvandakı qırıcılarını "ayağa qaldırdı"

img

12-05-2016 [16:51]


Rusiyanın İrəvandakı Erebuni bazasında hərbi təyyarələrin təlimi başlayıb.

Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Hərbi təlimə polkovnik Aleksandr Petrov rəhbərlik edir.

Hərbi təlimdə 200 hərbçi, 20 təyyarə və vertolyotlar iştirak edir. Rusların təlimə çıxardığı təyyarələr sırasında MiQ-29 qırıcısı, Mi-24P zərbə vertolyotu, Mi-8MT nəqliyyat təyyarəsi var. Hərbi təlimdə Orlan-10 pilotsuz aparatlarından da istifadə ediləcək(Axar.az).

Qeyd edək ki, bundan öncə ABŞ ordusu Gürcüstanla birgə "Layiqli tərəfdaş 2016” təlimlərinə başlayıb. Ekspertlər İrəvan təlimlərini Rusiyanın ABŞ-a cavabı kimi qiymətləndirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA