Senatorlar prezidenti vəzifədən çıxardı - İlginc olay

img

12-05-2016 [14:37]


Braziliya senatorları ölkə prezidentini yarım il müddətinə vəzifədən uzaqlaşdırıblar. 

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, prezident Dilma Russefə qarşı impiçmentin lehinə 55, əleyhinə isə 22 senat səs verib. 

Məlumat üçün bildirək ki, qanuna əsasən,prezidenti vəzifədən uzaqlaşdırmaq üçün palatada sadə səs çoxluğu - 41 səs kifayət edir. 

Russefin taleyi barədə müzakirəyə senatorlar təxminən 20 saat vaxt sərf ediblər. Prezidentin səsvermə başlamazdan öncə əşyalarının prezident sarayından şəxsi iqamətgahına aparılması barədə göstəriş verdiyi bildirilir.

Qeyd edək ki, son bir neçə aydır ki, Braziliya müxalifətçiləri Dilma Russefin istefasını tələb edirlər. Deputatlar onu büdcə məlumatlarını manipulyasiya etmək və öz seçki kampaniyasında dövlət əmlakından istifadə etməkdə ittiham edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA