29-04-2016 [19:17]
Jurnalistika ixtisası üzrə magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən 25 bakalavrdan 21-i qabiliyyət imtahanının ilk mərhələsini keçməyə müvəffəq olub.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Mətbuat Şurasının sədri artıq üçüncü ildir ki, ali məktəblərin jurnalistika fakültələrinə qəbulda qabiliyyət imtahanı mexanizminin tətbiq edildiyini bildirib. O deyib ki, prosesdə Mətbuat Şurası yaxından iştirak edir. Qabiliyyət imtahanı komissiyasının tərkibi Şuranın müvafiq dövlət qurumuna tövsiyə etdiyi mütəxəssislərdən formalaşır. Doğrudur, magistr qəbulunda qabiliyyət imtahanı daha öncədən də tətbiq edilirdi. Burada yenilik ondan ibarətdir ki, əgər əvvəllər humanitar sahəni bitirən bakalavrlar sənəd verə bilirdilərsə, artıq digər sahələri bitirənlər də jurnalistika fakültələrinin magistr pilləsində təhsillərini davam etdirmək imkanındadırlar. Belə bir prosedur jurnalistikanın ixtisaslaşmasına dəstək məqsədi daşıyır.
Bildirilib ki, bu dəfə 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəmiş, aprelin 11-dən 20-dək TQDK-nın internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş 25 bakalavr var idi. Onlardan 22-si qabiliyyət imtahanında iştirak edib. İkinci mərhələyə keçənlərdən 18-i Azərbaycan, 3-ü rus bölməsindəndir: ümumilikdə 21 nəfər. Bu mərhələdə onların jurnalistikaya marağı, ümumi hazırlıqları nəzərdən keçirilib. Hər biri müəyyənləşdirilmiş konkret məqalə ətrafında təhlil aparıb. Mayın 3-dən 10-dək isə bakalavrlar proqram seçimi edəcəklər. İyunun 5-də 44 saylı proqrama əsasən qabiliyyət imtahanının ikinci mərhələsi keçiriləcək. Həmin mərhələdə bakalavrların inşa (esse) yazmaq bacarığı yoxlanılacaq və buna uyğun olaraq yekun qiymətləndirilmə aparılacaq. İnşaya qoyulan tələblər və qiymətləndirilmə meyarları "Magistr” jurnalının 3-cü sayında dərc edilib.
Jurnalistika fakültələrinə istər bakalavr, istərsə də magistr pilləsinə qəbulda qabiliyyət imtahanının tətbiqinin prinsipial əhəmiyyətindən söz açan Ə.Amaşov qeyd edib ki, ümumi biliklərlə yanaşı, jurnalistikada maraq məsələsi önəmlidir. Əvvəllər jurnalistikaya qəbul vahid test sınağı ilə həyata keçirilirdi. Bu zaman sahəyə marağı olmayanlar da topladıqları bal uyğunluğu səbəbindən jurnalistika fakültələrinə düşürdülər. Təcrübə göstərir ki, onların çox az qismi sonradan mediada çalışır. Jurnalistika isə kifayət qədər həssas sahədir. 2013-cü il noyabrın 25-də Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşündə də bu məqam vurğulandı. Dövlətimizin başçısı məsələyə müsbət rəyini açıqladı, qabiliyyət imtahanının tətbiqi ilə bağlı konkret tapşırıqlarını verdi. Bu dəyişiklik sayəsində jurnalistikanı sevən gənclərimizi bu sahəyə cəlb etməyi düşünürük. "Şərt o deyil ki, sayları çox olsun, əsas keyfiyyətdir. Buna görə də qabiliyyət testinin tətbiqi prinsipialdır”, – deyən deputat onu da bildirib ki, may ayında Mətbuat Şurası Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin iştirakı ilə toplantı keçirməyi nəzərdə tutur. Həmin tədbirdə jurnalistikaya hazırkı prinsipial xətlə qəbul prosesində effektivliyi artırmaq məsələləri müzakirə ediləcək, mövcud istiqamətdə media ictimaiyyətinin və ekspertlərin təklifləri qruplaşdırılacaq.
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq