29-04-2016 [11:10]
Milli Televiziya və Radio Şurasının (MTRŞ) ölkədə fəaliyyət göstərən kabel televiziyalarına "Kanal D” telekanalının yayımının dayandırılması haqqında göstəriş verib.
Bu barədə musavat.com-a "Nar CityNet” şirkətindən bildiriblər.
Qeyd edək ki, Azərbaycan tamaşaçıları arasında populyar olan "Kanal D” telekanalının yayımı əksər kabel televiziyalarında təxminən iki ay əvvəl dayandırılmışdı. "MTN işi” ilə bağlı həbs olunan BTRİB-in sabiq rəisi Beytulla Hüseynova məxsus olan "CityNet” provayderi isə "Kanal D”nin yayımını davam etdirirdi. Bir müddət əvvəl "CityNet” "Nar mobil” operatoruna satıldıqdan və "Nar CityNet” adlandırıldıqdan sonra provayderin yayım siyasətində dəyişiklik edilib. Bazar ertəsindən etibarən abunəçilərə heç bir xəbərdarlıq edilmədən "Kanal D”nin yayımı dayandırılıb.
Şirkətdən bildirilib ki, MTRŞ "Kanal D”nin yayımına icazə vermir: "Biz sona qədər ”Kanal D"ni saxlamağa çalışdıq. Lakin iki ay müqavimət göstərə bildik. Nəhayət, aprelin 25-dən yayımı dayandırmalı olduq. Çünki MTRŞ bunu bizdən tələb edir".
MTRŞ-nin sədr müavini Qafar Cəbiyev publika.az-a açıqlamasında bildirib ki, hər hansı telekanalın kabel televiziyasında yayımının dayandırılması şirkətin öz qərarıdır: "Milli Televiziya və Radio Şurası bu məsələlərə müdaxilə etmir. Qərar şirkətin daxili işidir”.
****
"Türkiyənin ”Kanal D" telekanalının kabel şəbəkəsi yayımçılarının yayımladığı xarici telekanalların siyahısına daxil edilməməsində xüsusi məqsəd yoxdur".
Bunu isə APA-ya MTRŞ-nin Aparat rəhbəri Toğrul Məmmədov deyib. Onun sözlərinə görə, ötən il MTRŞ Azərbaycanda retranslyasiya olunacaq xarici telekanalların siyahısını təsdiqləyib. Lisenziyanın qayda və şərtlərinə uyğun olaraq, kabel şəbəkəsi yayımçıları həmin siyahıda qeyd edilmiş telekanalları retranslyasiya etmək hüququna malikdir: "Biz Türkiyənin bütün telekanallarını retranslyasiya etmək məcburiyyətində deyilik. Əvvəllər kabel şəbəkəsi yayımçıları 300-ə yaxın xarici telekanalı retranslyasiya edirdi ki, bu da keyfiyyətə təsir edirdi. Vətəndaş seçim edə bilmirdi. Şura keçən il kabel şəbəkəsi yayımçıları üçün 200-dən artıq xarici telekanalın siyahısını təsdiqlədi. Bu 200-dən artıq telekanaldan kabel şəbəkəsi yayımçıları 100-nü seçib yayımlaya bilər”.
Bütün hallarda ortada ciddi bir problem var. Hər nə qədər rəsmi səviyyədə buna qanunlara istinadla izahat versələr də, ortada siyasi səbəblərin olması da istisna deyil. İllərdir Ərdoğan hakimiyyəti ilə kəllə-kəlləyə gələn, iqtidara radikal mövqeyi ilə seçilən bu kanalın "iqtidarın sevmədikləri” siyahısında olduğu hamıya bəllidir. Azərbaycan iqtidarı ilə münasibətləri yüksək səviyyədə olan Ərdoğanın ölkəmizdə "Kanal D”nin yayımına hər cür əngəl yaradılması ilə bağlı xahiş etməsi istisna deyil. Necə deyərlər, "dostluq-qardaşlıq” kontekstində bu ricaya əməl edilməsi də inandırıcıdır.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, bu hadisənin baş verməsi elə nəticədir. Onun sözlərinə görə, Ərdoğanın hər Bakı səfərindən sonra medianın üzərində əməliyyat aparılması heç kimə sirr deyil: "Biz buna öyrəşmişik. Türkiyədə olan həmkarlarımızın məsələsindən bu yana həmin hal adiləşib. Konkret Azərbaycan hakimiyyəti qarşısında ”Kanal D" ilə bağlı bir tələb olub, ya yox, bilmirik. Amma bənzəyir. Ərdoğanın media ilə münasibətləri - həm daxildə, həm də dünyada savaşmadığı media qalmayıb - hər kəsə bəllidir. Üzücü məsələ isə istifadəçilərin bu cür siyasi düsturlarda heç bir yerinin olmamasıdır. Onların müqavilə bağlayıb, hansısa kanalı almasına baxmayaraq, heç bir izahat verilmədən həmin kanalı siyahıdan çıxarırlar. Bu, üzücü və xarakterikdir".
Müsahibimiz dedi ki, Rusiyanın bəzi müxalifyönlü kanalları ilə bağlı da durum eynidir. Onları kabel televiziyalarının paketlərində görmək mümkün deyil. A.Əliyev hesab edir ki, bütün hallarda izləyici istədiyi kanalı internet vasitəsilə tapıb, izləyə biləcək.
Media mütəxəssisinə görə, "Kanal D”nin ölkədə yayımı Azərbaycan hökumətinə hansısa formada ziyan gətirmir: "Bu tələb və təkliflər Türkiyənin marağında ola bilər. Belə şeylərdə Ərdoğanın xarakteri, durumu öz sözünü deyir. Çünki mediaya münasibətdə onun tutduğu xətt bəllidir. Məqsəd Türkiyə haqda informasiyanın daha çox arenaya yayılmamasıdır”.
Qeyd edək ki, "Kanal D” telekanalı "Doğan” media qrupuna daxildir və məşhur iş adamı Aydın Doğana məxsusdur. Ərdoğan hakimiyyəti ilə illərdən bəri çəkişmədə olan Doğan isə tez-tez söz atışmaları, siyasi çıxışları ilə yadda qalıb. Ölkədə FOX TV, xüsusən də onun Fatih Portakalın rəhbərliyi altında olan xəbərlər proqramı, eləcə də "Kanal D” kəskin müxalif mövqeyi ilə seçilir. Buna görə də iqtidarın "qara siyahı”sına daxildilər...
Bu qarşıdurma A.Doğan üçün təkcə vergi cəriməsi ilə nəticələnmir. O, son illər bəzi şirkətlərin əlində olan səhmlərini satıb...
Bununla bərabər, iş adamı 2011-ci ildə "Milliyet” və "Vatan” qəzetlərini, bu qəzetlərin internet portallarını "Demirören&Karacan” nın ortağı olan "DK Gazetecilik”ə satıb.
Analitiklər isə deyir ki, bu davadan hər zaman Ərdoğan qazanclı çıxıb...
Hazırda münasibətlərdə gərginlik davam edir. Doğan Media Qrupuna daxil olan qəzetlər, televiziya və radiolar Ərdoğanın üzərinə vahid ordu kimi hücum çəkir. Bu mübarizənin necə yekunlaşacağı isə maraq mövzusudur.
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq