Azərbaycan və Belarus Xarici izlər Nazirlikləri arasında siyasi məsləhətləzmələr olub

img

30-03-2010 [08:04]


010-cu ildə Azərbaycan Respublikasının Xarici işlər Nazirliyində Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında Belarusun Xarici işlər nazirinin birinci müavini, nümayəndə heyətinin rəhbəri İqor Petrişenko və Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə siyasi məsləhətləşmələr keçirilmişdir. Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsi, parlamentlərarası əlaqələrin intensivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığın əlaqələndirilməsi, Avropa İttifaqının ?Şərq tərəfdaşlığı? təşəbbüsü çərçivəsində əməkdaşlıq, regionlararası əməkdaşlıq, konsulluq məsələləri üzrə qarşılıqlı fəaliyyət, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, Xarici işlər nazirlikləri arasında tematik məsləhətləşmələrin keçirilməsi və digər aktual məsələlər müzakirə olunmuşdur. İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunmuş, iqtisadi, o cümlədən maşınqayırma, aqro-sənaye kompleksi, logistika, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat təqdim edilmiş, münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmasının və Ermənistan təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasının regionda davamlı sülhə nail olmanın yeganə yolu olduğu bildirilmişdir. Ölkələrimizin BMT, ATƏT, Avropa İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyəti, habelə Avropa İttifaqının ?Şərq Tərəfdaşlığı? təşəbbüsünün əlaqələrin daha da dərinləşməsi üçün daha geniş imkanlar açdığı qeyd edilmişdir. Görüşdə habelə, Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının yaradılması və fəaliyyəti barədə söz açılmış, diplomatik kadrların hazırlanması və təkmilləşdirilməsi sahəsində əməkdaşlığın aparılmasının imkanları bildirilmişdir. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Həmin gün İ.Petrişenko Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavini Y.Eyyubov, Xarici İşlər naziri E.Məmmədyarov və Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədov tərəfindən qəbul olunmuşdur. Səfər çərçivəsində İ.Petrişenko Diplomatik Akademiyada olmuş, təhsil ocağın fəaliyyəti və tədris prosesi ilə yaxından tanış olmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA