NATO ölkələrinin parlamentariləri Bakıda məsləhətləzmələr keçirir

img

12-04-2010 [01:37]


Bu gün Bakıda NATO Parlament Assambleyası Siyasi Komitəsinin nümayəndə heyətinin dörd günlük məsləhətləşmələri başlayıb. Turan agentliyinin məlumatına görə, NATO-ya üzv olan müxtəlif ölkələri təmsil edən 22 nəfərdən ibarət nümayəndə heyəti parlamentdə, XİN-də, müdafiə, milli təhlükəsizlik, energetika nazirliklərində və s. görüşlər keçirəcək. NATO ölkələrinin nümayəndələri NATO və Azərbaycan arasında ?Sülh naminə tərəfdaşlıq?, ?Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı?, ?Planlaşdırma və təhlil prosesi? proqramlarının gedişi ilə tanış olacaqlar. NATO ilə əməkdaşlıq Azərbaycanın hərbi, siyasi, iqtisadi islahatlar həyata keçirməsini, təhlükəsizlik sahəsində müxtəlif proqramlar və əməliyyatlar çərçivəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutur. ANS TV-nin məlumatına görə, NATO-nun alt komitəsinin sədri Rayner Şitinner bildirib ki, səfərdə məqsədləri Azərbaycan barəsində daha çox məlumat toplamaqdır və vəziyyəti ətraflı şəkildə öyrənməkdir: "Çünki bu ölkə sadəcə geosiyasi yerləşməsi ilə deyil, həm də digər aspektlərindən bizim üçün çox maraqlıdır. Burda ətrafa baxanda, şəhərdəki sürətli dəyişikliyi görəndə ölkənin də sürətlə inkişafının şahidi oluruq. Bu, ölkənin güclənməsindən xəbər verir. Çünki belə olan təqdirdə Azərbaycan həm NATO, həm də Avropa İttifaqı ilə güclü tərəfdaşımıza çevrilir". Qurum nümayəndəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala isə belə cavab verib: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyə bilərəm ki, bilirik ki, münaqişənin həlli ilə bağlı vəziyyət olduqca gərgindir. Ümid edirik ki, Madrid prinsipləri burda əsas olaraq götürüləcək. Və məsələnin həlli üçün sülh danışıqları davam etdiriləcək

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA