Lukaşenkodan sərt xəbərdarlıq: “Ordumuz hazırdır”

img

21-04-2016 [16:40]


"Belarus ordusu xarici aqressiya ilə yanaşı, daxildəki silahlı konfliktləri də neytrallaşdırmağa hazırdır".

Bunu parlamentə müraciətində Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.

Onun sözlərinə görə, Belarusun yaxın sərhədlərində baş verən hadisələr bizi müdafiə potensialımızı artırmağa vadar edir:

"Belarusda daxili konflikt yalnız xarici qüvvələrin dəstəyi ilə mümkündür. Ona görə də biz ordularımızı bu konfliktlərə qarşı mübarizə aparmaq üçün hazırlayırıq. Hibrid müharibəsi və rəngli inqilablar təhdidinə qarşı mübarizə aparmaq üçün Belarusda xüsusi əməliyyatlar qüvvəsi yaradılıb, ərazinin müdafiəsi sistemləri ən müasir sistemlər və silahlarla işlənib hazırlanıb. Biz bunu gizlətmirik”. 

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA