“Ruslar öz silahlarını təkmilləşdirib və yeni səssiz sualtı gəmilər hazırlayıblar" - “Nyu York Tayms”

img

22-04-2016 [11:49]


Rusiyanın sualtı gəmilərinin aktivliyi artıb.

Bu barədə informasiyanı "Nyu York Tayms” qəzeti yayıb. Qəzet hazırda Moskvanın sualtı gəmilərinin əksər hissəsinin Skandinaviya, Şotlandiya sahillərində, Aralıq dənizində və Atlantik okeanının şimal hissəsində olduğunu bildirib:

"Ruslar öz silahlarını təkmilləşdirib və yeni səssiz sualtı gəmilər hazırlayıblar. Onların ekipajlarının professionallığı da artıb. Rusiya həmçinin öz nüvə arsenalını da təkmilləşdirib. Biz böyük güclərin rəqabət apardığı dövrə qayıtmışıq. Artıq ABŞ-da sualtı gəmi donanmasının maliyyələşdirilməsini artırıb. Pentaqon "Virciniya” tipli 9 gəminin alınması üçün 8,1 milyard dollar ayırıb. 20 milyon dollar isə Vaşinqtonun İslandiyadakı Keflavik bazasının modernləşdirilməsi üçün istifadə ediləcək. Pentaqon həmçinin rus sualtı gəmilərinin şifrəli danışıqlarını tutmaq üçün yeni texnologiya da hazırlayır”. 

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA