Moskva metrosunda partlayız baz verib, 35 nəfər ölüb, 33 nəfər yaralanıb(yenilənib)

img

29-03-2010 [12:58]


Bu səhər Moskva metrosunda partlayış olub. Paytaxtın mərkəzində yerli vaxtla 07:56-da ? Lublyana? metrostansiyasında partlayış baş verib. Xəbər agentlikləri ən azı 30 nəfərin həlak olmasına dair məlumat yayıb. Hazırda hadisə yerində xilas edici briqadalar çalışır. Çoxlu sayda yaralı var. Şahidlərin sözlərinə görə, partlayış qatar perronda dayanan vaxtı və sərnişinlərin vaqonlara minib-düşdüyü zaman baş verib. Buna görə də həm vaqonda, həm də perronda qatar gözləyənlər arasında qurbanlar var. Rusiyanın Fövqəladə Hallar Nazirliyi metroda partlayış hadisəsinin baş verməsi xəbərlərini təsdiqləyib. Moskva metrosunun mətbuat katibi Svetlana Sarevanın sözlərinə görə, paptlayış 2 vaqonda baş verib. Partlayış baş verən istiqamətdə hərəkət dayanıb. O, ən azı 30 nəfərin xəstəxanaya götürüldüyünü və bütün yaralılarün vəziyyətinin ağır olduğunu deyib. Moskva metro partlayışlarından dəhşətə gəlib. Paytxat metrosunda ikinci bir partlayış da baş verib. Bu dəfə hadisə metronun ?Park kulturı? stansiyasında olub. İlkin məlumatlara görə, 12 nəfər həlak olub. Moskva Şəhər Daxili İşlər İdarəsinin ictimaiyətlə əlaqələr Departamentinin rəisi Viktor Biryukov həlak olanlarla yanaşı çoxlu sayda ağır vəziyyətdə olan yaralıların xəstəxanalara götürüldüyünü deyib. Biryukov baş vermiş hadisə ilə əlaqədar metroya nəzarətin gücləndirildiyini deyib. Həm ?Lyublyana?, həm ?Park kulturu? mutro stansiyalarında baş vermiş partlayışla əlaqədar ?terrorizim? maddəsi ilə cinayət işi açılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ?Lubyanka? stansiyasında 23 nəfər ölüb, 18 nəfər yaralanıb, ?Park Kulturı? stansiyasında isə ölənlərin sayı 12, yaralıların sayı isə 15 nəfərdir. Hazırda partlayış baş verən ərazilərdə xilasetmə əməliyyatları aparılır. Xilasetmə işlərinə ümumilikdə 641 nəfər cəlb olunub, onlardan 326 nəfəri FHN əməkdaşlarıdır. ?Lubyanka? stansiyasında 54, ?Park Kulturı? stansiyasında isə 43 texnika xilasetmə əməliyyatlarında iştirak edir. Bundan başqa FHN yaralıların xəstəxanalara çatdırılması üçün əraziyə 2 vertolyot göndərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA