Əhməd Davudoğlu: ?Qarabağ münaqizəsinin həlli prosesində fəallazma var?

img

25-03-2010 [01:46]


Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəallaşma müşahidə olunur. Bu bəyanatla ?CNN Türk? kanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Davudoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan irəliləyişin müsbət nəticəyə gətirib çıxaracağını da bildirib. ?Bu donmuş münaqişənin mütləq həll edilməsi lazımdır. İndiki zamanda Rusiya da çox böyük səylər göstərir. Cənab Medvedev dəfələrlə tərəflərlə görüşdü. Xanım Klinton bu yaxınlarda Sarkisyanla telefonla danışdı. Bu istiqamətdə çox güclü fəallaşma müşahidə olunur. Elə ABŞ, Rusiya və Fransdan olan həmsədrlər və tərəflər də fəallaşıb. Son olaraq Sarkisyanın Dəməşqdəki bəyanatları və Azərbaycanın cavabını da izlədik. Bu müsbət fəallaşma və irəliləyişin sonda ortaq istəyimiz olan daimi sülhə gətirib çıxaracağına inanırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA