Rusiyada helikopter qəzaya düşdü, 3 nəfər öldü

img

19-04-2016 [10:49]


Rusiya Federasiyasının Yamalo-Nenesk muxtar vilayətində qəzaya uğramış "Robinson” helikopterinin göyərtəsində olan üç nəfər həyatını itirib.

Bu barədə TASS-a Rusiya FHN-nin dairə üzrə idarəsinin mətbuat xidməti məlumat verib.

Xilasedicilərin məlumatına görə, bazar ertsəi üç helikopter Komi Respublikasından Belıy adasına uçuş həyata keçiriblər. Adaya uçuş zamanı hava pisləşib, iki helikopter ehtiyat aerodromuna yollanıb, biri isə ətrafı nəzərdən keçirməyə yollanıb. Bir müddət sonra helikopter ilə radioəlaqə kəsilib, daha sonra helikopterin qəza mayakı işə düşüb(Oxu.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA