Ermənilər Türkiyə-Gürcüstan sərhədində TIR-lara hücum etdilər – Türkiyə mətbuatı yazdı

img

18-04-2016 [15:26]


Ermənilər Türkiyə-Gürcüstan sərhədində "Çıldır-Aktaş" gömrük məntəqəsindən Türkiyəyə girmək istəyən ağır tonajlı yük maşınlarına (TIR) hücum ediblər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan arasında bir neçə gün əvvəl Dağlıq Qarabağda baş bermiş müharibəni bəhanə edən bir qrup erməni türklərin avtomobil və TIR-larını daş-qalaq ediblər.

Adlarının açıqlanmasını istəməyən TIR sürücüləri bildirib ki, Ahıska vasitəsilə gediş-gəliş daha təhlükəsizdir:

"Gürcüstanın Axalkalaki və Ardahandakı "Çıldır-Aktaş” gömrük məntəqələrinin yolu daş və qayalara görə bağlanıb. Türkiyənin Azərbaycanı dəstəkləməsini bəhanə edən erməni əsilli bir qrup şəxs yolu bağlayıb. Onlar həmin istiqamətdə gedən türk nömrə nişanlı maşınları və sürücüləri daş-qalaq edir. Ona görə də, Ahıska gömrük məntəqəsinə üz tutduq. Burada da 4 kilometrlik tıxac var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA