ABŞ hərbi gəmisini təhdid edən rus qırıcıları - Rusiya Müdafiə Nazirliyindən açıqlama

img

17-04-2016 [22:34]


Bir neçə gün əvvəl Rusiya hərbi bombardman təyyarələrinin Baltik dənizində hərəkətdə olan ABŞ-ın hərbi gəmisi - "USS Donald Cook"un üzərindən alçaqdan uçub, dəfələrlə təhlükəli manevrlər etməsi xəbərlərinə Rusiyadan rəsmi reaksiya verilib.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi "Facebook" səhifəsindən rəsmi açıqlama yayan mətbuat xidmətinin rəhbəri İqor Konaşenkov deyib ki, bu hadisə adi bir hazırlıq uçuş olub: "Belə bir uçuşu bundan əvvəl də Rus savaş qırıcıları tərəfindən həyata keçirilib. Bu uçuşlar gəmi heyəti üçün gözlənilməz və qəfil bir hərəkət deyil".

Xatırladaq ki, Rusiya hərbi bombardmançı və hücum qırıcılarının "USS Donald Cook" hərbi gəmisinə qarşı dəfələrlə təhlükəli təhdid xarakterli manevrlər etməsi haqda xəbərlər yayılıb. Belə təhdid uşuşları olan zaman gəminin kapitanları rus və ingilis dillərində rus pilotlarla əlaqə yaratmaq istəsə də, cəhdlərinin cavabsız qaldığı da bildirilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA