Rusiyanın ordu generalı Ermənistana getdi...

img

15-04-2016 [10:11]


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəis, ordu generalı Valeri Gerasimov İrəvana gedib. 

Rusiya mətbuatı xəbər verir ki, Valeri Gerasimov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirləri Şurası yanında Hərbi komitənin iclasında iştirak edəcək.

İclas zamanı KTMK kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə hədələr və çağırışlar müzakirə olunacaq. 

Hərbi komitənin iclasında KTMK-nın baş katibi Nikolay Bordyuja və Hərbi komitənin üzvləri də ( KTMK Birləşmiş qərargahının rəisi, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan Silahlı Qüvvələrinin Baş qərargahlarının rəisləri vəKTMK Birləşmiş qərargahındaQırğızıstan Silahlı Qüvvələrinin nümayəndəsi) iştirak edəcəklər. 

AzNews.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA