Həmsədrlər Ermənistanın xarici izlər naziri ilə görüzüblər

img

18-03-2010 [04:24]


ATƏT-in Minsk qrupunun həmsədrləri Yuriy Merzlyakov, Bernard Fasye və Robert Bredkt Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Qurumun martın 17-də yaydığı məlumata görə, həmsədrlər ermənistanlı nazirlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair baza prinsiplərinə dair son təkliflərinə Ermənistanın münasibətini müzakirə ediblər. Məlumatda danışıqların konstruktiv keçdiyi və müzakirələrin yaxın vaxtlarda həmsədrlərin Ermənistana və Qarabağa səfəri zamanı davam etdiriləcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA