Elmar Məmmədyarov Niderland Krallığının Xarici izlər Nazirliyinin baz katibi ilə görüzüb

img

03-03-2010 [06:41]


Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq qəbul edib. XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən E.Kronenburq Niderland-Azərbaycan münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirmiş, Niderlandın ölkəmizdə səfirlik açdığını və bu amilin iki ölkə arasındakı əlaqələrin daha da intensivləşməsinə təkan verəcəyini qeyd edib. Qonağı salamlayan nazir E.Məmmədyarov Azərbaycanın Avropa Birliyi çərçivəsində Niderlandla sıx əməkdaşlıq etdiyini və iki ölkə arasında iqtisadi, ekoloji, təhsil, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib. Həmçinin görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA