Əbülfəs Qarayev əmr verdi - İki mədəniyyət evinin direktoru vəzifəsindən azad edildi

img

10-03-2016 [13:08]


Bakıda iki mədəniyyət evinin iki direktoru vəzifəsindən azad edilib.

Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Məlumata görə, idarənin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktoru Əliyeva Səyyarə Əjdər qızı və Nizami adına Mədəniyyət Mərkəzinin direktoru Əliyev Eldəniz Eldar oğlu tutduqları vəzifədən azad olunublar.

Xatırladaq ki, ilin əvvəlindən başlayaraq Bakı şəhərində yerləşən mədəniyyət müəsissələrində əmək fəaliyyətində aşkar edilmiş qüsurlara əsaslanaraq idarə tərəfindən bir sıra kadr dəyişikliyi həyata keçirilib.
Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA