Türkiyə Parlamenti: "Türkiyədə yazayan ermənilər ölkədən çıxarılsın!"

img

16-03-2010 [01:00]


Dünən Türkiyə Parlamentinin xarici əlaqələr komissiyasında bir sıra dövlətlərin qanunverici orqanları tərəfindən qondarma erməni soyqrımı layihəsinin qəbul edilməsi məsələsi ilə bağlı dinləmələr keçirilib. Dinləmələr zamanı Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyənin Birləşmiş Ştatlar və İsveçdəki səfirləri Namiq Tan və Zergün Korutürk çıxış edib. Müzakirələr zamanı deputatlar hökumətdən bu qətnamələrə daha sərt reaksiya verməyi tələb ediblər. Hətta Türkiyə ərazisində qanunsuz olaraq yaşayan Ermənistan vətəndaşlarının buradan deportasiya olunması və ABŞ-ın İncirlikdəki hərbi bazasının bağlanması kimi təkliflər səsləndirilib. ?Türkiyə Ermənistanda vəziyyətin olduqca ağır olduğunu nəzərə alaraq ermənilərə qanunsuz yaşamaq hüququ verib. Bundan əlavə, əgər biz belə bir addım atsaq, Qərbdə bizim haqqımızda nə fikirləşəcəklər? Dərhal Qərb kütləvi informasiya vasitləri Türkiyəyə qarşı kampaniyaya başlayacaq və bütün dünyaya yayacaqlar ki, ?Ankara erməniləri qovur?. Bu bizi çətin vəziyyətə salardı?, -deyə Davudoğlu bildirib. İki ölkə arasında imzalanan protokollara toxunan Türkiyənin xarici işlər naziri qeyd edib ki, Ankara onları parlamentdən geri çağırmaq niyyətində deyil: ?Hər şeyin öz vaxtı var. Gələcəkdə bizim maraqlarımıza ziyan gətirə biləcək qərarlar qəbul etməyə dəyməz. Lakin biz daha da enerjili şəkildə öz maraqlarımızı müdafiə edəcəyik və qoy hamı bu barədə bilsin. Türkiyə təzyiq dili ilə danışılan dövlət deyil. Biz bu protokolları əlimizdə alət kimi istifadə edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA