Azərbaycanla Türkiyə arasında viza rejimi bu il ləğv oluna bilər

img

11-03-2010 [01:56]


Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması üzərində iş gedir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib. XİN rəhbəri deyib ki, sazişin hazırlanmasında bəzi bürokratik problemlər var, onlar aradan qaldırılandan sonra, saziş imzalanacaq. Nazir bu sənədin bu il imzalanacağını istisna etməyib. Azərbaycanla Avropa İttifaqı arasında ?Şərq Tərəfdaşlığı? proqramı çərçivəsində assosiativ sazişin imzalanması ilə bağlı sualı cavablandıran nazir bu sahədə Brüsselə danışıqların aparıldığını söyləyib. ?Müzakirə olunacaq xeyli məsələ var?, - deyə nazir vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA