Məmmədyorov Dağlıq Qarabağ münaqizəsinin mərhələli həllinin detallarını açıqlayıb

img

15-03-2010 [02:53]


[b]?Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxarmalıdır?[/b] ?Bu barədə birmənalı şərh vermək çətindir. Əlbəttə ki, biz Madrid təkliflərini təhlil edirik və bu istiqamətdə müzakirələri davam etdiririk. Düşünürük ki, Azərbaycanın mövqei ədalətlidir. Afinada təqdim olunan yeniləşmiş Madrid təklifləri bir sənəd kimi növbəti addımları atmağa və böyük saziş üzərində işə başlamağa imkan yaradır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov ?Azərbaycan Qarabağ münaqişəsini həll etmək üçün müharibə variantına əl ata bilərmi? sualını cavablandırarkən deyib. E.Məmmədyarov istənilən münaqişənin diplomatik yolla həlli imkanlarının olduğunu qeyd edərək, bildirib ki, 6 ildir, Praqa prosesi davam edir, son 2 il ərzində prezidentlər və xarici işlər nazirləri bir neçə görüş keçirib, vasitəçilər regiona səfərlər ediblər, Onun sözlərinə görə, Madrid təklifləri yeni variantda təqdim olunub: ?Azərbaycan sənədi ümumilikdə qəbul etməyə imkan yaradır. Bu o deməkdir ki, Azərbaycan münaqişənin diplomatik yolla həllini seçib, biz bu yolla gedirik. Ermənistan bu variantı qəbul edib-etməyəcəyini elan etsin, biz də ondan sonra hansı addımları ata biləcəyimizi bildirərik. Biz də XİN-də cürbəcür variantları müzakirə edirik və fikirləşirik ki, hansı şəkildə, hansı yolla bu il müzakirələr getsin. Praqa prosesi 2004-ü ildə başlayıb, Bu, mərhələləri prosesdir, Madrid sənədində bütün mərhələlər artıq əksini tapıb: ?Sənəddə hansı mərhələdə hansı addımların atılacağı qeyd olunub. Sənədə görə, ilk növbədə Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxarmalıdır. Sonra bütün sərhədlər və kommunikasiyalar açılır, donor konfransı keçirilir, torpaqlar, kommunikasiyalar bərpa olunur, proqramların həyata keçirilməsinə başlanır, oraya qayıdacaq məcburi köçkünlərin təhlükəsizlik problemləri çox vacib olduğundan təhlükəsizlik baxımından beynəlxalq müşahidəçilər məsələsi həll olunur, sonra Laçın və Kəlbəcərdən qoşunlar çıxarılır, bütün yollar açılır. Azərbaycanlı icması Qarabağa qayıtdıqdan sonra imkan yaranacaq ki, sonuncu mərhələ - Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi başlansın. Qarabağın statusunun müəyyənləşməsi Azərbaycan üçün çox vacibdir. Qarabağ Azərbaycan torpağıdır, düzgün deyil ki, Azərbaycanın hansısa ərazisi onun inzibati nəzarətindən çıxsın. Əlbəttə, biz deyirik ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olsun. Öz müqəddəratını təyin etməyə gəldikdə, bu məsələ də beynəlxalq hüququn bir hissəsidir. Amma bu o demək deyil ki, ərazi bütövlüyü pozula bilər?. Nazir onu da bildirib ki, Azərbaycan mərhələli prosesi dəstəkləyirik, çünki bütün məsələləri bir gündə həll etmək olmaz. Onun sözlərinə görə, Ermənistan işğal olunmuş torpaqlardan öz qoşunlarını addım-addım çıxararsa, həm iqtisadi, həm də təhlükəsizlik baxımdan region üçün böyük imkanlar açılacaq: ?Heç kim torpağı götürüb harasa gedə bilməz, istər-istəməz qonşularla düz siyasət qurmalısan. Mən Azərbaycan xarici işlər naziri kimi inanıram ki, ən vacib və yaxşı proses budur. Biz işğal olunmuş ərazilər və məcburi köçkünlər məsələsini danışıqlar masasından götürməliyik. Bu, nə qədlər tez olsa, o qədər yaxşı olar, müharibə ritorikası da aradan qalxar. Müharibə ritorikası ilk növbədə ona görə mövcuddur ki, işğal olunmuş torpaqlar, məcburi köçkünlər problemləri var?. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA