Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Bundestaqının deputatını qəbul edib

img

12-03-2010 [08:12]


Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Bundestaqının deputatı, AŞPA və Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Almaniya nümayəndə heyətlərinin rəhbəri Yoaxim Hörsterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlimuta görə, görüş zamanı tərəflər ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, müxtəlif sahələrdə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıblar. Tərəflər arasında regional məsələlər mövzusu da müzakirə predmeti olmuşdur. Cənubi Qafqaz regionundakı proseslər barədə danışan nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə ətraflı məlumat vermiş və regionda sülhün bərqərar olunması üçün bu münaqişənin tezliklə həllinə nail olunmasının vacibliyini qeyd edib. Cavab olaraq, alman deputatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etmiş və bu istiqamətdə beynəlxalq səylərin artırılmasının vacibliyini bildirib. Görüş zamanı tərəflər həmçinin Azərbaycan-AŞ, Azərbaycan-NATO və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA