Gürcüstanda sabiq naziri ayaqlarından güllələdilər – Diplomatın məzarı üstündə şok hadisə

img

26-02-2016 [16:37]


Gürcüstanın Avropa məsələləri və avrointeqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşviliyə hücum olub.

Bu barədə informasiyanı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Nazirlik naməlum şəxslərin Petriaşviliyə yaxınlaşaraq, onu təhqir etdiklərini, daha sonra isə hər iki ayağından güllə ilə vuraraq qaçdıqlarını bildirib.

Petriaşvili hücuma məruz qalan zaman üç dostu ilə bərabər mərhum diplomat Levan Mikeladzenin məzarı üstündə olub(Axar.az).

Qeyd edək ki, Petriaşvili həm də Gürcüstanın üçüncü ən böyük partiyası hesab edilən Azad Demokratların liderlərindən biridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA