"Rəhbərliyin getdiyi yolları yalamaq lazım deyil” - Prezidentdən məmurlara sərt xəbərdarlıq

img

16-02-2016 [14:56]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatı şəhərinin akimatına şəhərin 1000 illiyi ilə bağlı şənlik təşkil etməyi tapşırıb. 

AzNews.az yerli mediaya istinadən xəbər verir ki, prezident şənliyin təmtəraqdan uzaq, lakin vətəndaşların xeyrinə təşkil edilməsini tapşırıb. 

"Almatının bayramını elə keçirmək lazımdır ki, almatılılar hiss etsinlər. Məhəllələrin təmizlənməsi, fəvvarələrin, suvarma sistemlərinin bərpası üçün iş elan edin ki, hər bir sakin hiss etsin”, - deyə o, bildirib. 

Nazarbayev işi tapşırdığı şəxsə öz atmacasından da geri qalmayıb: "Vəsait pis vəziyyətdə olan bütün yolların yaxşılaşdırılmasına ayrılmalıdır. Rəhbərliyin getdiyi yolları yalamaq lazım deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA