"Liverpul"un baş məşqçisi: "Oyuna qalib gəlmək üçün çıxmışdıq, amma..."

img

01-10-2025 [09:47]


"Qalatasaray"ın qazandığı və qalibiyyət qolu gətirən penaltisi mübahisəlidir"

Mia.az Türkiyə mediasına istinadla bildirir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqası çərçivəsində "Qalatasaray"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra verdiyi açıqlamada deyib.

Hollandiyalı mütəxəssis bildirib ki, uduzmaları onu çox məyus edib: "Çox məyusam. Qarşılaşmaya qalib gəlmək üçün çıxmışdıq, bura bu məqsədlə gəlmişdik. olmadı. Bu, mənim üçün son liqa oyununda "Kristal Pelas" matçından fərqli bir məğlubiyyət idi. İlk hissədə daha yaxşı idik. İkinci hissədə şans yaratmaq getdikcə çətinləşdi. "Qalatasaray"ın qazandığı penalti mübahisəli  idi. Hakinm belə deyək ki, çox "çətin qərar"a imza atdı. Orada rəqibin ayağında heç bir müdaxilə olmadı..."

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA