25-02-2016 [20:02]
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets mətbuat konfransı keçirib.
Mia.az Azertac-a istinadən xəbər verir ki, L.Kravets 24 il əvvəl azərbaycanlılara qarşı soyqırımın həyata keçirildiyi Xocalıda gördüklərini tədbir iştirakçılarına çatdırıb.
O, qeyd edib ki, keçmiş SSRİ ölkələrinin hamısı üçün keşməkeşli olan bir dövrdə Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayıb. Həmin dövrdə o, dinc əhalinin hərbi münaqişə zonasından çıxarılması üçün demək olar ki, hər gün Qarabağa uçuşlar edib.
L.Kravetsin sözlərinə görə, fevralın 27-də idarə etdiyi helikopter Xocalı üzərində uçarkən bir gün əvvəl bu şəhərə hücumdan xəbərsiz olmuş ekipaj dəhşətli mənzərənin şahidi olub:
Onlar Ağdam şəhəri istiqamətində, dağın döşündə səpələnmiş dinc əhalinin meyitlərini görüblər və Gəncəyə qayıdaraq yerli hakimiyyət orqanlarını bu haqda məlumatlandırıblar. Ekipaja jurnalistləri hadisə yerinə çatdırmaq tapşırılıb. Ertəsi gün L.Kravets həmin yerə Çingiz Mustafayev və onun iki köməkçisini çatdırıb. Relyefin özünəməxsus çətinlikləri və vaxt qıtlığı ucbatından helikopteri yerə endirmək mümkün olmayıb. Belə ki, sağ qalmış adamları öldürən ermənilərin mülki helikopterə də atəş açması təhlükəsi olub. L. Kravets deyib: "Hamımız bu dəhşətli faciədən sarsılmışdıq. O qədər çox cəsəd var idi ki, hadisənin miqyasını tam əks etdirmək üçün çəkilişi yuxarıdan aparmaq lazım idi”.
Ukraynalı pilot bildirib ki, erməni tərəfinin əhalinin Xocalıdan çıxması üçün dəhliz yaradılması iddiasına baxmayaraq, əslində, Xocalıdan olan dinc əhaliyə xilas olmaq üçün heç bir şans verilməyib, onların hamısını pulemyot atəşi ilə qırıblar.
L.Kravets öz ifadələrini Xocalı ilə bağlı beynəlxalq məhkəmədə şahid qismində təsdiqləməyə hazırdır. Lakin özü dediyi kimi, ona sübutlar gərək deyil, çünki hadisəni gözləri ilə görüb, üstəlik, müvafiq foto və video materiallar da var.
Tədbirdə "O pilotdur” filminin treyleri nümayiş edilib. Bu film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb. Layihənin rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadovdur.
Mətbuat konfransından sonra Ukrayna Rəssamlar İttifaqı və UABD üzvü Rasim Seydimovun Xocalı soyqırımı mövzusunda rəsmləri nümayiş etdirilib.
Rəsullu məktəbi respublika mərhələsinə vəsiqə qazanıb - FOTOLAR
Xalq yazıçısı: "Cəmiyyətdə birinci növbədə sosial ədalət olmalıdır" - "Anam bakılıdır, atamsa qarabağlı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk klubunun borcu azalıb - 8.1 milyon
Hikmət Hacıyev Avropa İttifaqının rəsmisi ilə görüşüb: "Aİ regionda sülh və tərəqqiyə sadiqdir”
"Fənərbağça"lı futbolçunun evi qarət olunub
İstanbul bələdiyyəsində 4-cü əməliyyat: 7 nəfər saxlanıldı
Modriç "Real"dan gedir - Klub açıqlama yaydı
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda məhkəmədə sorğu-sual edilir
Qəzzada savaş: itkilərlə bağlı son statistika açıqlanıb
ABŞ-da kiçik təyyarə evlərin üzərinə düşdü - 15 ev və maşınlar yanıb
Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq
Deputatdan haqqında əxlaqsız ifadə işlədən həmkarına qəzəbli mesaj: "Ümid edirəm ki, dediyi doğru çıxmaz, əksi halda..."
Bakıda daha bir məktəbdə qan tökülüb
Mikayıl Cabbarov daha bir vəzifəyə təyinat oldu
MSK-da iclas - Bu DSK-ların tərkibi dəyişdi - SİYAHI
Deputatın şirkətinə daha bir jest - 2 milyonluq layihə
Əli Əsədov daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyədə erkən seçki tələbi: xalq kimə "hə" deyir? - Daha bir sorğu
İsrail diplomatlarını öldürən şəxsin ilk sözü belə oldu: "Bunu Qəzza, azad Fələstin üçün etdim"
Ərdoğan erkən seçki tələbini rədd etdi: "Mümkün deyil"
İLHAM ƏLİYEV BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev nazirliklə bağlı sərəncam imzalayıb
“Ulduz” jurnalının may nömrəsi işıq üzü görüb
Naxçıvanda kütləvi zəhərlənmə olub
Husilər İsrailə raket fırladıb
BAZAR GÜNÜ QƏBUL İMTAHANI OLACAQ - İki qrup üzrə
DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? - VİDEO
Sahil Babayev yeni idarələr yaratdı - SİYAHI + Təyinat (YENİLƏNİB)
Xocalı və Ballıca kəndinə növbəti köç olub
PREZİDENT MÜŞAVİRİ SƏDR MÜAVİNİ TƏYİN ETDİ - Sərəncam + FOTO
Jurnalist Natiq Pənahlı vəzifəyə təyin olunub
Azərbaycan və İran hərbçiləri birgə təlimdə - VİDEO
Suraxanıda marketə hücum çəkən şəxs saxlanılıb
Andrey Sibiqa Azərbaycana səfər edəcək
Sabah hava necə olacaq? - Proqnoz
2 milyonluq yeyinti işi - Direktor həbs edilib
Azərbaycan dili üzrə imtahan keçirilib
Azərbaycan nefti cüzi bahalaşıb
Xəzərdə zəlzələ olub
Aşpazdan qandonduran qətl: oğrunu öldürdü, doğradı və bişirdi