Türkiyə isveçdəki səfirini geri çağırıb

img

12-03-2010 [01:06]


Türkiyə hökuməti İsveç parlamentində qondarma ?erməni soyqırımı? iddiaları və Osmanlı imperiyasının son dövründə bəzi xalqlara qarşı soyqırımı törədilməsi ilə bağlı sənədin qəbul edilməsindən sonra bəyanat yaymış və ölkənin İsveçdəki səfirini məsləhətləşmələr üçün Ankaraya çağırıb. Bundan başqa, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın martın 17-də İsveçə nəzərdə tutulan rəsmi səfəri də təxirə salınıb. Türkiyə Nazirlər Kabinetinin bəyanatında bildirilir ki, ?İsveç parlamentinin Osmanlı imperiyasının son illərində bəzi xalqlara qarşı soyqırımı törədildiyinə dair qərarını kəskin şəkildə qınayırıq. Xalqımız və hökumətimiz əsası olmayan, böyük yanlışlıqlara yol açan bu qərarı rədd edir?. Bəyanatda o da bildirilir ki, bu qərar sentyabrda İsveçdə keçiriləcək seçkilərlə bağlı bəzi siyasi dividendlər naminə qəbul olunmuşdur. Yerli siyasi məqsədlər üçün qəbul olunan bu sənəd Türkiyə-İsveç münasibətlərinə, xalqlarımız arasındakı yaxın əməkdaşlığa və dostluğa uyğun gəlmir. Hamını tarixlə dürüst şəkildə üzləşmə üçün çağıran Türkiyədir. Tarixlə üzləşməkdən qaçanlar isə, iddialarını qarşılıqlı olaraq müzakirə etməkdən və elmi şəkildə aşkara çıxarmaqdan qorxanlardır. Bu qorxunu daşıyanlar kiçik siyasi mənfəətlər güdən əcnəbi parlamentləri istismar edir və onlar tərəfindən istismar olunurlar. Osmanlı imperiyasının son dövrünə aid iddiaların İsveç parlamentində gündəliyə salınması bu cür istismarın nəticəsidir. Parlamentlərin və siyasətçilərin vəzifəsi tarix sahəsində hökm vermək deyil, tarixdən dərs çıxararaq gələcəyi qurmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA