Türkiyə baz naziri Ərdoğan ABŞ və Ermənistana xəbərdarlıq etdi

img

01-03-2010 [12:28]


Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, ABŞ Nümayəndələr Palatasının xarici münasibətlər komitəsində müzakirə ediləcək qondarma erməni soyqrımı qanun layihəsi ilə bağlı olaraq ABŞ və Ermənistana xəbərdarlıq edib. Türkiyənin "Hürriyyət" qəzetinin məlumatına görə, baş nazir keçirdiyi brifinq zamanı, jurnalistlərdən birinin 4 martla bağlı verdiyi suala belə cavab verib: "Mütəmadi olaraq təmaslarımız davam edir. Son ABŞ səfərimdə də bu məsələni müzakirə etdik. Hazırda bir qrup millət vəkili ABŞ-dadır. Bu proses davam edir. Bizim mövqeyimiz bəllidir. İsveçrədən başlayan bir proses var, bu davam edir. Qarşılıqlı olaraq yaxşı niyyət göstərilsə, nəticə olacağına inanıram. Əgər 4 martda, 24 apreldə səhv addım atılsa, bu, prosesi baltayar. Elə zənn edirəm ki, konqres üzvləri bu məsələyə həssaslıq nümayiş etidrəcəklər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA