Azərbaycanın Xarici izlər Nazirliyi ölkə vətəndazlarına xəbərdarlıq edir

img

10-03-2010 [12:14]


Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İraqda baş verən terror hadisələri və silahlı toqquşmalarla bağlı xəbərdarlıq edir. XİN-in məlumatında bildirilir ki, İraq ərazisində əvvəlki illərə nisbətən terror hücumlarının sayı azalsa da, ölkəyə səyahət etmək hələ də təhlükəlidir. ?Xüsusilə, Bağdad və onun şimal hissələrindən Mosul və Kərkükə qədər olan ərazilərə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır. Bunlardan başqa Bəsrə, Maysan, Əl Anbar, Salah Əd Din, Diyala, Vasit, Babil, Nineva, Əl Qadisiyah, Mutanna, Nəcəf, Kərbəla, Di Qar əyalətlərinə edilən səyahətlər də təhlükəlidir. İraq ərazisində ölkənin təhlükəsizlik qüvvələri və müxtəlif silahlı qruplaşmaları arasında hər gün toqquşmaların baş verməsi və xarici ölkə vətəndaşlarına qarşı seçimsiz hücumların olması halları müşahidə olunur. Belə ki, 28 yanvar 2010-cu ildə İraqda zəvvarları aparan avtomobilə atəş açılması nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, ikisi isə yaralanıb. Ölkə ərazisində insanların girov götürülməsi və oğurlanması halları, eyni zamanda nəqliyyat vasitələrinə, insanların öz bədənlərinə və insanların sayının çox olduğu yerlərə yerləşdirilmiş partlayıcı maddələrin partladılması nəticəsində minlərlə insanın ölməsi və yaralanması faktları mövcuddur?, - deyə məlumatda bildirilir. XİN-dən onu da qeyd edirlər ki, avtomobillə edilən səyahətlər də olduqca təhlükəlidir, xüsusilə Bağdad şəhəri və Bağdad Beynəlxalq Hava Limanı arasındakı yollarda tez-tez avtomobillərə hücumlar baş verir. ?İraq hökuməti İranla sərhəd olan Kella, Saranban-Qolle, Tayvella və Pərviz Xan sərhəd nöqtələrini bağlamışdır. Küveytlə sərhəd məntəqələri olan Abdali və Safvan məntəqələri də qeyri-müəyyən müddətə bağlanıb?, - deyə XİN-in yaydığı bəyanatda vurğulanır. Məlumatda bunlar nəzərə alınaraq İraqa səfər etmək istəyən Azərbaycan vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar. ?İraqda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün Əmman şəhərində yerləşən Azərbaycanın İordaniyadakı səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur?, - deyə məlumatda bildirilir. Qeyd edək ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. Diqqət: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə təhlükəsindən kənar deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA