Prezident ilham Əliyev Koreya nümayəndə heyətini qəbul edib

img

11-03-2010 [04:23]


Azərbaycan prezidenti İlham Əliyev martın 11-də Koreyanın torpaq, nəqliyyat və dəniz işləri üzrə naziri Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Koreyalı nazirin azərbaycanlı həmkarları ilə yaxşı əlaqələr yaradacağına ümidvar olduğunu bildirən dövlət başçısı əməkdaşlığı genişləndirmək üçün görüləcək əlavə tədbirlərin müəyyənləşdirilməsi baxımından səfərin əhəmiyyətli olduğunu qeyd edib. Prezident İ. Əliyev Azərbaycanda Koreya ilə birgə fəaliyyəti inkişaf etdirmək üçün böyük planların olduğunu vurğulayıb. Artıq Koreyadan olan bir sıra şirkətlərin ölkəmizdə fəal çalışdıqlarını qeyd edən dövlət başçısı onların sayının artacağına ümidvar olduğunu bildirib. Öz növbəsində, qonaq Azərbaycan prezidentinin ölkələrimiz arasında münasibətlərin inkişafına böyük maraq göstərməsinin əhəmiyyətini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA