Yuliya Timozenkonu istefaya göndərdilər

img

03-03-2010 [05:25]


Ukrayna parlamenti baş nazir Yuliya Timoşenkonu istefaya göndərdi. Ukrayna elektron KIV-lərinin yaydığı xəbərə görə, bu barədə Ali Radanın bugünkü iclasında qərar qəbul olunub. Deputatlar bu qərarı yekdil səslə dəstəkləyib. İclasda iştirak edən 404 deputatdan 243-ü qərara ?hə? deyib. Timoşenkonun istefasını Regionlar Partiyası, Litvin Bloku, kommunistlər və Yuşşenkonun ?Bizim Ukrayna? partiyasından olan bəzi deputatlar dəstəkləyib. Timoşenko blokunda təmsil olunan deputlar, eləcə də ?Bizim Ukrayna?dan olan deputların bir qismi səsvermədə iştirak etməyib. Səsvermədən bir qədər əvvəl Timoşenko parlamentə gəlib. Beləliklə də parlamentdəki hakim koalisiyanın dağılması nəticəsində Timoşenkonun istefası reallaşdı. Bundan sonra Regionlar Partiyası parlament çoxluğunu təşkil edəcək və ölkənin yeni baş nazirini seçəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA