Türkiyə ordusunun 100 nəfərlik silahlı bir qrupu Suriyaya girdi - “Röyter”dən iddia

img

15-02-2016 [09:39]


Türkiyə ordusunun 100 nəfərlik silahlı bir qrupu Suriyaya girib. 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Röyter” agentliyi yayıb. Əsəd hökuməti də faktı təsdiqləyərək, türkiyəli hərbçilərin Suriyanın şimalına "pikap” avtomobilləri ilə daxil olduğunu söyləyib. Türkiyə hərbçilərinin Azez bölgəsinə silah-sursat apardığı da iddia edilir. Rəsmi Ankara isə hələlik məsələ ilə bağlı heç bir açıqlama yaymır. 
 
Qeyd edək ki, bundan öncə Türkiyə Suriyanın şimalında yerləşən kürd silahlı qruplaşmalarına artilleriya zərbələri endirib.     

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA