NATO-nun dörd gəmisi bu gün Batumi sahillərinə yan aldı - Rəsmi

img

12-02-2016 [15:25]


NATO-nun dörd gəmisi bu gün Batumi sahillərinə yan alıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstandakı Acariya Muxtar Respublikasının rəhbəri Arçil Xabadze söyləyib. Onun sözlərinə görə, Batumi sahillərinə ilk dəfədir ki, bu qədər amerikalı hərbçi gəlir. Bu gəmilərin Batumi sahillərində fevralın 15-ə qədər qalacağı gözlənilir. Üstəlik, sabah Batumiyə ABŞ kontr-admiralı Cocio Latsionun gələcəyi də bildirilir.

Qeyd edək ki, Gürcüstanla NATO-nun əməkdaşlığı 1994-cü ildən başlayıb. 2004-cü ildəki qızılgül inqilabından sonra bu əlaqələr daha da güclənib. 2008-ci ilin aprelində NATO-nun Buxarest sammitində Gürcüstanın gələcəkdə alyansa üzv ola biləcəyi təsdiqlənib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA