Rusiya atəşkəs qərarına qarşı çıxdı: "Bombardman davam edəcək"

img

12-02-2016 [10:35]


Rusiya dünən Münhendə Suriya danışıqları zamanı qəbul edilən atəşkəs qərarına əməl etməyəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Moskva bir həftə davam edəcək atəşkəs dövründə aviazərbələri dayandırmaqdan imtina edib. Bu məlumatı «Reuters» ə qərbli diplomatların biri verib.

Toplantıda Rusiyanı xarici işlər naziri Sergey Lavrov, ABŞ-ı baş katib Con Kerri təmsil edib. Danışıqlarda BMT-nin Suriya münaqişəsi üzrə xüsusi elçisi Steffan de Mistura da iştirak edib.

Görüşün yekunu olaraq üç bənddən ibarət razılıq əldə olunub. Bu, bir həftəlik atəşkəs, Suriyaya humanitar yardım və sülh danışıqlarının bərpasıdır.
Xatırladaq ki, Cenevrə sammitində sülh danışıqlarının bu ayın sonlarına qədər dondurulmasına qərar verilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA