Suriya ilə bağlı mühüm razılaşma - Münhen konfransında atəşkəs əldə olundu

img

12-02-2016 [09:16]


Dünən axşam saatlarında Münhen konfransında Suriyada Əsəd qüvvələri ilə müxalif döyüşçülər arasında razılaşma əldə olunub.

Mia.az xəbər verir ki, ABŞ, Rusiya, Türkiyə, Ərəb liqası ölkələrinin də təmsil olunduğu 17 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə baş tutan görüşdə tərəflər bu gündən 1 həfətlik atəşkəs müqaviləsi bağlayıblar.

"Müvəqqəti atəşkəs" adlanan müqaviləyə görə, tərəflər aktiv əməliyyatları bir həftə donduracaqlar. Bundan sonra dağıntılar olan şəhərlərə humanitar yardımlar göndəriləcək.

Bununla bağlı ABŞ-ı danışıqlarda təmsil edən Kerri görüşdən və razılaşmadan sonra açıqlama verib. O, müvəqqəti atəşkəsin gələcək danışıqlarda böyük rol oynayacağını da bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA