"İlk partladılan 50 rus tankından sonra hər şey başqa cür olacaq” - Saakaşvilidən Rusiyanın fəth mesajı

img

09-02-2016 [13:20]


Odessa qubernatoru Mixail Saakaşvili deyib ki, əgər müasir Amerika silahı verilsə, Ukrayna əsgərləri bütün Rusiyanı ələ keçirə bilər.

Avropa.info xəbər verir ki, Saakaşvili əsas problem kimi köhnəlmiş Ukrayna silahını görür.

"Ukraynanın əsas boşluğu köhnəlmiş tank əleyhinə silahlardır. Daha yeni silahlar ABŞ-da var. Əgər ABŞ Ukraynaya bu silahı versə, ilk partladılan 50 rus tankından sonra hər şey başqa cür olacaq” – Saakaşvili bu barədə Ukraynanın "24” kanlına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ukrayna əsgəri dünyada ən yüksək döyüş ruhuna malik əsgərdir:

"Əsas odur ki, lazımi biliklər, silah verəsən. O zaman bütün Rusiyanı fəth edərlər".

Saakaşvili qeyd edib ki, bu haqda ona ukraynalılara təlim keçən gürcü instruktorlar deyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA