Ərdoğandan İTTİHAM: "PKK-da Qərbin silahları var"

img

06-02-2016 [19:00]


"Bəşər Əsədə dedim ki,  kürdlər sənin vətəndaşın deyilmi?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya Turizm Forumu”nun bağlanış mərasimində çıxış edib.

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ərdoğan ölkəsindəki terror aktlarından söz açıb. 
 
Onun sözlərinə görə, bu gün Türkiyənin haqlı tələbləri qarşısında susqunluq nümayiş etdirilir.

"Türkiyənin haqlı tələblərinin üstündən  təəssüflər olsun ki, böyük bir susqunluqla keçirlər. Kandildən idarə olunan PYD-nin (PKK-nın Suriya qolu), YPG-nin bölgədə həyata keçirdiyi etnik təmizləmə fəaliyyətləri, terror aktları, mövcud rejimlə olan əməkdaşlığını görməzlikdən gəlirlər. Biz terror təşkilatlarının əllərindən çıxan silahlara baxanda nə görürük?

Qərbin silahlarını görürük. Demək olar ki, Qərbin bütün ölkələrinin silahları var. Biz terror təşkilatına mübarizə apardıqlarını deyənlərin silahlarını da onların əllərində görürük”.  

Türkiyə lideri Suriya rəhbəri Bəşər Əsədlə münasibətlərini yaxşı olduğu vaxtlarda onunla etdiyi müzakirələrə də toxunub.   Dövlət başçısı qeyd edib ki, Əsəd o zamanlar belə kürd vətəndaşlara pasport vermirdi.  

"Mən ona dedim ki, kürdlər sənin vətəndaşın deyilmi? Onlara niyə vətəndaşlıq vermirsən? Məcbur edə-edə axırda verdirdik. Kobanidə yaşayan qardaşlarımız isə bundan xəbərsizdir”.   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA