Putin Ərdoğanla görüşdən imtina etdi - Rəsmi açıqlama

img

05-02-2016 [16:01]


"Rusiya prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla əlaqə yaratmayıb və bundan sonra da belə bir görüş planlaşdırılmır".

AzVision.az `İnterfax`-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. 

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən ilin noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. Hətta Rusiya birtərəfli qaydada Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib. 

Bu insidentdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Putinlə dəfələrlə görüşməyə dair təşəbbüs göstərsə də, Rusiya lideri hər dəfə bundan imtina edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA