"Rusiya Suriya ərazisində ələvi dövləti yaratmağa çalışmır" - Rusiya XİN

img

05-02-2016 [09:32]


"Rusiya Suriya ərazisində ələvi dövləti yaratmağa çalışmır və Suriyanı vahid dövlət kimi görür".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Biz uzun illər bütün danışıqlarda açıq və nümayişkaranə şəkildə bildirmişik ki, Suriyanın gələcəyini Suriya xalqı müəyyən etməlidir. Suriya demokratik prinsiplərin fəaliyyət göstərdiyi çoxkonfensiyalı bütöv və vahid dövlət olmalıdır", - deyə Rusiya XİN rəsmisi qeyd edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA