Ərdoğan böyük heyətlə Azərbaycana səfərə gələcək

img

02-02-2016 [22:35]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

Mia.az xəbər verir ki, bu barədə ANS-in Türkiyə bürosuna hökumətdən məlumat veriblər.

Məlumata görə, Ərdoğanın səfəri çərçivəsində bir sıra ikitərəfli danışıqlar keçiriləcək. İki ölkə rəhbəri arasında baş tutacaq danışıqlardan bəzilərinin mətbuata qapalı keçiriləcəyi gözlənilir.

Azərbaycan səfərinə Rəcəb Tayyib Ərdoğanla yanaşı, Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin qatılacağı gözlənilir.

Səfərin dəqiq vaxtı açıqlanmasa da, bunun fevral ayının 3, yaxud 4-cü həftəsində baş tutacağı bildirilir.

Hələlik səfərin dəqiq məqsədi barədə məlumat verilmir. Lakin mühüm qərarların müzakirə ediləcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA