“İranın bazara verə biləcəyi neftin miqdarı növbəti 2 ayda da bəlli olmayacaq" - Səudiyyədən önəmli neft açıqlaması

img

02-02-2016 [11:42]


OPEK və qeyri-OPEK ölkələrin əməkdaşlıq etməsi şəraitində Səudiyyə Ərəbistanı neft bazarını idarə etməyə hazırdır.
 
Oxu.az xəbər verir ki, bu barədə OPEK-dəki mənbə Səudiyyə Ərəbistanının "Əl-Həyat” qəzetinə bildirib.
 
Ötən həftə Rusiyanın energetika sahəsində çalışan rəsmi şəxslərinin Səudiyyə Ərəbistanından neft istehsalı haqqında təkliflər gəldiyi və Səudiyyə rəsmilərinin görüşməyə hazır olduqları barədə açıqlamalarından sonra "qara qızılın” qiymətləri yüksəlmişdi.
 
OPEK-dəki mənbə onu da vurğulayıb ki, İran üzərindən sanksiyaların qaldırılmasından sonra, bu ölkənin bazara təqdim edəcəyi neftin miqdarı məlum olmadığı üçün OPEK-in fövqəladə iclas keçirməsi hələ tezdir.
 
"İranın bazara verə biləcəyi neftin miqdarı növbəti 2 ayda da bəlli olmayacaq”, - mənbə əlavə edib.
 
Qeyd edək ki, OPEK neftin qiymətində baş verən kəskin enmə nəticəsində Venesuelanın nağd pul ilə bağlı sıxıntısı ilə əlaqədar fövqəladə iclas keçirilməsini dəyərləndirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA